![]() |
![]() |
|
![]() |
![]() |
![]() |
![]() |
Addinolun qısa tarixi 1936 - "Mineralolwerk Lutzkendorf" əsası 1945 - İkinci dünya savaşı nəticəsində nefttəmizləyən zavodun yıxılması 1946 - Zavodun bərpa edilməsi və istehsal prosesin yenidən başlaması 1965 - Yeni əsas yağların saflaşdırma zavodunun işə salınması 1990 - "ADDINOL Mineralol GmbH Lutzkendorf" əsası 1997 - ADDINOL Mineralol GmbH vərəsə şirkətin "ADDINOL Lube Oil GmbH & Co.KG" əsası 1998 - ADDINOL Lube Oil GmbH şirkətin adının dəyişdirilməsi 2000 - İnşaatın başa çatdırılması və ADDINOL Lube Oil GmbH в Лойна-nin yeni inzibati-anbar kompleksin açılması ADDINOL markası ilə tanınan yüksək keyfiyyətli yağlama materiallarının ən iri Alman istehsalçılarından biri ADDINOL Lube Oil GmbH şirkətinin tarixi Wintershall firmansının Krumpadaki "Mineralolwerk Lutzkendorf" zavodunda yağların və yağlamaların,neftin təmizlənməsi və istehsalına başladığı 1936 cı il olmuşdur. İkinci Dünya müharibəsi dövründə yanacaq və yağlı materialların istehsal qurğuları demək olar ki,tamamilə dağıdılmışdır. Müharibədən sonra istehsal obyektləri tez bərpa edilmiş və 1965 ilində yeni təməl yağların saflaşdırma zavodu işə salınmışdır. Firma Almaniya Demokratik Respublikası dövründə öz məhsulları ilə yağlama materialları bazarının dövlət tələbatını 95% qarşılayaraq inhisar vəziyyətində idi. 1989 cu ilə qədər istehsalın daimi böyüməsi nəticəsində təməl yağları üzrə ADDİNOL zavodlarının istehsalı 360.000 tona çatmışdır. Artıq 80-ci illərdə ADDİNOL şirkəti avtomobil sənayesinin sürətlə artan tələblərinə uyğun olan ən yeni yağlama materiallarının əsasını təşkil edən yüksək keyfiyyətli hidrokrekinq təməl yağlarının hazırlanmasına daha sonra isə istehsalına başlamışdır. ADDİNOL şirkəti Almaniyanın birləşməsindən sonra yüksək keyfiyyətli yağlama materialların işlənməsini və istehsalını müvəffəqiyyətlə davam etmişdir. ADDİNOL yağları və yağlamaları Alman dəmiryolu (Deutsche Bahn AG), Alman poçt idarəsi (Deutsche Post AG), Federal Silahlı qüvvələri (Bundeswehr) , həmçinin Daimler Benz AG, Volkswagen AG, BMW AG, MAN Nutzfahzeuge AG, ADAM OPEL AG, SKODA A.S. tanınmış avtomobil firmaları tərəfindən istifadə olunmaya başlamışdır. ADDİNOL Lube Oil GmbH şirkətinin partnyorları Deutshe Telekom AG, Siemens AG, ABB AG, EKO STAHL AG, Krupp Hoesch AG, Dolmar Gmbh, Kali und Salz GmbH və başqa firmalar olmuşdur. İndiki zamanda ADDİNOL Lube Oil GmbH şirkəti Almaniyanın ən iri yağlama materialları istehsalçıları onluğuna daxildir. ADDİNOL məhsulunun istehsalı, emalı və məhsulun özü ən yüksək tələblərə uyğun və DİN EN İSO 9001 sertifikatı ilə təsdiqlənmişdir. ACEA və APİ-nin ən yeni tələblərinə uyğun möhkəm yüksək keyfiyyətli motor və transmissiyalı ADDİNOL yağlarına Mersedes Benz, Porsche, BMW, MAN, Volvo, VW, Caterpilar, Cummins aparıcı avtomobil istehsalçılarının lisenziyaları verilmişdir. ADDİNOL yağlarının istifadəsi yüksək dərəcəli xüsusi texnikanın, mexanizmlərin, transmissiyanın bir çox istehsalçıları tərəfindən tövsiyə edilmişdir. Mühərrik texnologiyasının çox sürətli inkişafı səbəbi ilə ən yüksək tələblərə uyğun, əlverişli özlülüyü və çoxfunksiyalı ən yaxşı xüsusiyyətlərə malik yağlar tələb olduğuna görə ADDİNOL daima ən yüksək keyfiyyətli məhsulları hazırlayır. Yeni motor yağlarının istehsalına başlamazdan əvvəl onlar ADDİNOL-un sınama stendlərində sürətlə dəyişən istismar şəraitləri ilə benzin və sınama dizel mühərriklərdə test edilir. Daha sonra mühərrikin aşınma, təmizliyi, yağın qatılaşdırılması və keyfiyyətin digər parametrləri qiymətləndirilir. ADDİNOL-un nəticələri aydındır: Euro II və Euro III yeni nəsil dizel mühərrikləri üçün Mersedes Benz 228.5 lisenziyasına görə hazırlanmış yüksək qüdrətli motorlu ADDİNOL Super Truck MD 1048 yağı,yağın 100 000 km gediş üzərindən maksimal dəyişmə intervalını təmin edir. Extra Light MV038 və Ultra Light MV 046 “yüngül gediş” sintetik motor yağları mükəmməl yanacağa qənaət xüsusiyyətləri, minimal buxarlanma qabiliyyəti və uzadılmış yağ dəyişmə surələri ilə fərqlənirlər. Extra Light MV038 və Ultra Light MV046 yağları soyuq startda SAE 15W40 standart yağına nisbətən yanacağın 10% qənaət edirlər! ADDİNOL markalı yağlama materialları ancaq avtomobil sahəsində məlum və tanımamaqdadır. Artıq iyirmi ildir ki,Almaniyada ADDİNOL Lube Oil GmbH-ın böyük partnyoru (Deutsche Bahn AG) Alman Dəmiryolu Səhmdar Cəmiyyətidir. Lokomotivlərin hidravlik sistemləri üçün müştərək qüvvələri ilə hazırlanmış SGL 18 yağı, 1980-cı ildən (Deutsche Reichsbahn (DR) Almaniya Demokratik Respublikasının Dövlət dəmiryolu şirkəti üçün göndərilirdi. Almaniyanın yenidən birləşməsindən və Deutsche Reichsbahn şirkətinin Deutsche Bahn şirkəti ilə birləşdirilməsindən sonra ADDİNOL SGL 18 yağının Voith və MTU Friedrichshafen hidro ötürmə sistemlərinə uyğunlaşması üçün onun optimallaşdırma ehtiyacı meydana gəlmişdir. Deutsche Bahn və ADDİNOL Lube Oil şirkətlərinin tədqiqat şöbələri resepturanın təkmilləşdirilməsi üzərində gərgin işləyirdilər. Volth, MTU Friedrichshafen və Deutsche Bahn AG firmalarının lisenziyalarını almaq üçün üç il ərzində çoxlu istehsal sınamaları aparılmışdır. ADDİNOL SGL 18 resepturanın optimallaşdırılması sayəsində lokomotivlərin hidravlik sistemlərində yağın dəyişmə intervalını 50% uzatmaq mümkün olub. Bundan başqa ADDİNOL SGL 18 resepturasının xüsusiyyəti elədir ki,bu yağın daha əvvəl hidravlik sistemləri üçün istifadə olunan yağlarla qarışdırılması mümkün olub. Eləcədə bu universal məhsulun Deutshe Banh AG şirkətinin çoxsaylı struktur və şöbələri tərəfindən Almaniyanın bütün ərazisi üzərindən təcili istifadəsi təmin edilmişdir. Yeni: ADDINOL Təsviri qovluğu ADDINOL istənilən böyük işgüzar qrupdan asılı olmayaraq hərəkət edən Alman mineral neftçıxarma sənayesindənəhəng şirkətlərdən biridir və 70-dən çox ölkədə yəni bütün qitələrdə distribüter partnyorlarına malikdir. Bizim cari Təsvir qovluğumuzda, siz bütün dünyada bizim fəaliyyətlərimiz haqqında bütün informasiyanı əlfə edə bilərsiniz. |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
|
| FleetStock Filtration Company; address: Baku, Azerbaijan, Ziya Bunyadov avenue 2113; Tel:(0099412)4181878, (0099455)3155666, Fax:(0099412)3700700 | |||||||||
| 2006 | |||||||||