 |
   |
FleetStock şirkəti Sizə böyük çeşiddə original filterlər və yağlar təklif edir. Bakı stokumuzda (ambarımızda) artıq 7000 çeşidə yaxın istənilən avadanlıqlar üçün (məsələn: gəmilər, ekskavatorlar, traktorlar, qreyderlər, yük və minik maşınları, dəzgahlar, aqreqatlar, generatorlar, stasionar maşınlar, platformalar, təyyarələr və s. daxili yanma mühərrikləri və hidravlika sahəsinin bütün çeşidləri üçün avadanlıqlara) nəzərdə tutulan hava, yağ, yanacağ, su, hidravlik və s. original filterləri və yağları əldə edə bilərsiniz. Mal assortementimizə Addinol Lube Oil GmbH, Parker Hannifin, Fleetguard, Donaldson, Mann Hummel, Asas Filter, Fil Filter və s. kimi nəhəng istehsalçılarının mal çeşidləri aiddir. Bizim mütəxəsislərin məsləhətlərindən istifadə edib öz texnikalarınıza, maşınlarınıza və ya avadanlıqlarınıza ən keyfiyyətli və sərf edici seçimi seçə bilərsiniz. Və eyni zamanda sürətli servis və təmir işləri, müxtəlif ehtiyat hissələrinin əldə edilməsi, hidravlik sistemi və hortumlarının təmiri, digər istehsalçıların (istehsalçıların adlarını ayrıca olaraq sonda qeyd etmişik) kod nömrələrinin dəqiq təyin edilməsi və s. Sizin xidmətinizdədi.
Məqsədimiz ancaq mal satmaq deyil, məqsədimiz – Sizinlə iş qurub original ehtiyat hissələri və profesionallığımızı Sizə sübut etməkdir. |