Fleetguard tarixi

Fleetquard şirkəti 1958 ilindən Amerikanın İndiana Ştatında təsis edilmişdir. O, onun tək müştərisi olan ancaq Cummins mühərrikləri üçün filtrləri istehsal edirdi.
1963 ilində şirkət müstəqil olub FLEET GUARD adını almışdır. O vaxtdan bəri digər şirkətlər üçün filtrlərin və ikinci bazarı üçün ehtiyat hissələri və sərf materialların istehsalı başlayır.
1976 ilində distributor mərkəzləri Belçika və Avstraliyada açılmışdır.
1981 ilində Fransada distributor mərkəzi və filtrləri istehsal zavodu açılmışdır.
1996 ilində Cənubi Afrikada distributor mərkəzi və filtrlərin istehsal zavodu açılmışdır. Fleetguard üçün vacib hadisə
1998 ilində hava sorma və işlənmiş qaz təmizləmə sistemlərin istehsalçısı olan Nelson İnc Şirkətin satın alınması idi.

Fleetguard İnc Şirkəti – ağır dizel texnikası üçün məhsulların və filtrləmə sistemlərin işləməsi və istehsalında dünya lideridir.

Beş hakim prinsiplər Fleetguard üçün təyinedicidir. • Keyfiyyət
• Etibarlılıq
• Müştəri arzularının yerinə yetirməsi
• Ciddi ixtisaslaşma
• İnnovasiyalar
Şirkətin məhsullarının qamması • Ağır, orta və yüngül ticarət nəqliyyatı
• İnşaat, mədən sənayesi və kənd təsərrüfatı, dənizdəki sənaye qurğusu
• Dizel elektrik generatorları daxil geniş istifadə və bazar müxtəlifliyini əhatə edir.
1958 ilində təsis edilən Fleeguard İnc şirkəti bu gün çoxmillətli xidmət şirkətidir: • Dünyada 180-dan çox orijinal təchizatın istehsalçısıdır (OEMs)
• Bütün dünyada 23.000-dən çox diler və son istifadəçidir. Şirkətin məhsullarının diapazon genişliyi və onun imkanları həqiqətən qlobaldır. Fleetguard İnc. Şirkəti • 9 ölkədə 32 zavod
• 6 kontinentdə 16 distributor mərkəzi
• 3 birgə müəssisəsi
ABŞ-nın Tennessi ştatının Nashville şəhərində yerləşən korporasiyanın qərargahından idarə olunan Fleetguard İnc müəssisəsində 6,000 nəfərdən çox adam işləyir.

Fleetguard İnc müəssisəsi Cummins İnc firmasının bağlı müəssisəsi və onun üç strateji işgüzar vahidlərindən biridir. Fleetguard İnc. Şirkəti Cummins şirkətin marka ailəsinin üzvü kimi qanuni fəxr mənbəyi olan bir sıra öz markalarını təqdim edir.

İstehsal edilən məhsulların keyfiyyəti Fleetguard şirkətinin ən vacib olmasa bilə ən mühüm məqsədlərdən biri idi.

Keyfiyyət Standartları:

Bu gün ehtiyat hissələrini təklif edən bir çox şirkətlər bu mal üzərində İSO 9000 Avropa sertifikatı təqdim edib,bu mal sertifikatlaşdırılmışdır deyə bu malın ən yaxşı mal olduğunu deyirlər. İSO 9000 sertifikatına malik mal keyfiyyətli olduğu hesab edilir. Həqiqətən isə bu elə deyildir. İSO sertifikatına Volvo və KAMAZ şirkətləri də malik ola bilərlər. Bu isə keyfiyyət baxımından bambaşqa avtomobillərdir. İSO sertifikatı keyfiyyətli məhsulun istehsalına ancaq yolun başlanğıcıdır. Bu sertifikat sertifikatlaşdırmaya məhsulun yaxud malın məhz bu keyfiyyətlə istehsal edilə bilər. Sertifikatın alınması üçün məhsul istehsalında işləyən hər fəhlənin onun yerinə yetirdiyi əməliyyatların texnoloji kartını bilməsi və texnoloji prosesinin pozmadığını bilmək lazımdır. Müəssisədə yoxlama aparan auditor firması texnoloji prosesin pozulmadığı haqqında rəy və İSO 9000 sertifikatını verir. Əlbəttə, bu bir neçə pula dəyər, ancaq bu yolun sadəcə başlanğıcıdır. İSO sertifikatın hansı firma tərəfindən verildiyi çox vacibdir. Ən ciddi auditor firması – EQNet firmasıdır.

Bu sertifikat malın bir vahidinin istehsalına və ya bir istehsalçı fabrik adına verilə bilir. Bu isə sertifikatı alan şirkətin bütün məhsulu sertifikatlaşdırılmış olduğunu göstərmir. Sertifikatda nə yazıldığını oxumaq lazımdır. Fleetguard İSO 9001 sertifikatında design, manufacturing and sales of filters for diesel engines and hydraulic systems – dizel mühərriklər və hidravlik sistemləri üçün filtrlərin layihələndirməsi və istehsalat edilməsi yazılmışdır.

Bu sertifikat nə üçün lazımdır? Bu sertifikat xammalın istehsalçısının tədarükçü ilə işləməsi üçün lazımdır. Tutaq ki filtrlərin istehsal edilməsi üçün kağız almaq lazımdır. Satıcı şirkət kağız nümunələri və onun sertifikatını təqdim edir. Alıcı şirkət (filtrlərin istehsalçısı) təklif edilən kağızın laboratoriya sınaqları aparır və əgər o lazım olan parametrlərə uyğunsa bu kağız istehsal üçün alınır. Bu kimi kağızın eyni partiyasını aldıqda onun yenidən sınağını aparmaq lazım deyildir – bu kağız İSO sertifikatına malikdir, beləliklə eyni keyfiyyətə olacaqdır.

Sertifikatları 9000, 9001, 9002, 9003 nömrələri ilə verilir.

İSO 9000 sertifikatı istehsalı, marketinq, mühəndislik mərkəzi, planlaşdırma, istehsalat, qablaşdırma, mağaza, distribusiya, texnik dəstək, quraşdırma və istismar yoxlaması, istifadə edilməsi kimi bütün istehsal prosesi üzərinə verilir.

İSO 9001 sertifikatı istifadəsi daxil olmamaqla eyni proses üçün verilir.

İSO 9002 sertifikatı marketinq, mühəndislik mərkəzi, istifadəsi daxil olmamaqla eyni proses üçün verilir.

İSO 9003 sertifikatı daha çox istehsal mərhələləri istisna edir.

Məhsulun sertifikatlaşdırma səviyyələrinin keçmə ardıcıllığını sxem şəklində göstərmək olar.

İSO 9000 – Total Quality System – BALDRİGE QS 9000 – MALKOLM BALDRİDGE

Bu sxem istehsalçılar üçün vacib deyildir Əgər istehsalçı bazarda öz məhsulunu ciddi təqdim edirsə o bunu yüksək keyfiyyətli istehsal edəcək və lazım olan sertifikatlara malik olacaqdır. Ən nüfuzlu sertifikat nəinki istehsal edilən məhsulun keyfiyyəti hətta istehsalçı şirkətin (satış həcmi, mal dövriyyəsi) maliyyə tərəfini nəzərə alır. Bu kimi sertifikatı ildə 3-4 Şirkət alır. Fleetguard şirkəti keyfiyyətinə görə (OEM) orijinal təchizatın istehsalçı-partnyorlarından müxtəlif mükafatlar,1997 ci ildə isə BALDRİGE QS 9000 sertifikatı almışdır. İstehsal olunan məhsulların keyfiyyəti Fleetguard şirkətinin ilk təsis edilmə günündən həmişə ən mühüm məqsədlərindən biri olmuşdur.

Fleetguard İnc məhsulu tarlada, yolda, suyun üzündə, şaxtada və ya inşaat sahəsində texnikanızın təmirə və xidmətə boş dayanmamağı, güc itirmədən və ətraf mühitə zərər vermədən işləyərək maliyyə qoyuluşlarınızın qorunması üçün xidmət edir. Ən çətin şəraitlərdə “ES genişləndirilmiş servis intervalı” seriyası süzülmə vasitələrindən keyfiyyətli işlənmiş qaz sistemlərinə qədər Fleetguard və Nelson məhsullarına güvənə bilərsiniz. Təyin edilmiş müddət Etibarlı işləyir. Təyin edilmiş müddətdən artıq işləyir. Sizin üçün işləyir.

Havanın təmizlənməsində qənaət etməyin!

Qüvvətli yük avtomobilin dizel mühərrikə ancaq bir litr yanacağın yandırılması 12.000 ilə 20.000 arasında litr hava tələb olunur. Ancaq havada mühərrik üçün təhlükə vardır. Bu da toz, duman, işlənmiş qazlar və digər zərrəcik və ağır maddələr kimi çirkli cisimləridir. Onlar temperatur və nəmlilik kimi görünməz olub, mühərrikə zərər verib,mühərrikin bütün komponentlərini ciddi xarab edə bilərlər. Havada 16 litr həcmində olan mühərrik 100 000 kilometr gedərkən normal yol şəraitlərində 20 kiloqram çirkli maddələr mövcuddur. Cummins İnc şirkətin sınamalarına görə dizel mühərriki sıradan çıxartmaq üçün sadəcə hər bir at gücünə bir qram toz yetər. Buna görə dizel mühərriki üçün əsas filtr hava filtridir.

 
FleetStock Filtration Company; address: Baku, Azerbaijan, Ziya Bunyadov avenue 2113; Tel:(0099412)4181878, (0099455)3155666, Fax:(0099412)3700700
2006