Müasir avtomobillərdə yağın dəyişmə müddəti 100. min kilometrə bəzilərində isə 160 min kilometrə qədər artırılmışdır. Mühərrikdə yağ dəyişdirmə intervalın artırılması üçün ancaq keyfiyyətli yağ tətbiq etmək ancaq yaxşılaşdırılmış filtrləmə xüsusiyyətləri olan filtrlər istifadə etmək lazımdır. Bu hallarda 17% aşkara malik keyfiyyətli motorlu yağ (adi motorlu yağda 12%) istifadə olunur. Filtr yaxşılaşdırılmış filtrləmə mühitə (sintetik filtrləmə elementinə) sahib olmalıdır. Bu filtrin filtrləmə effektivliyi daha yüksəkdir o daha çox çirk qəbul edir, şlamı yığır və tutur. Sellüloz filtri 40.000 kilometrdən yaxud 50.000 motosaatdan çox istifadə etmək olmaz, bundan sonra o dağılmağa başlayır.
Fleetguard 1958 ci ildə ilk məftil filtr istehsal etdi. Keçən yüzilliyin 60 illərində filtrlərin istehsalı üçün sellüloz istifadə olunmaga başladı. Sellüloza 20-dən 80 mikron ölçüsündə çirk zərrəciklərini tutur. Sintetik filtrləmə materialların tətbiq edilməsi ölçüsü 1 ilə 50 mikron olan çirk zərrəciklərini tutmaya imkan verdi. Sintetik materialın təmizləmə effektivliyi sellülozdan 4 dəfə keçirtmə qabiliyyəti isə sellülozdan 3 dəfə çoxdur.
Yağ filtrləri konstruktivlik baxımından içliklərə (katric) və dolanmışlara bölünür. Filtr içərisində filtrləmə elementi olan adi bir gövdə deyildir. Yağ filtrlərində konstruksiyası ilə üç müxtəlif qapaq nəzərdə tutula bilər. İçlik filtrlərdə qapaqlar nəzərdə tutulmur, onlar filtrləmə elementi yerləşdirilmiş mühərrikin blokunda və yaxud başlığın gövdəsində quraşdırılır. Filtrləmə elementin dəyişməsi zamanı qapağın təmiz olduğunu və onun altında çirklərin dəymədiyini yoxlamaq lazımdır.
Baypass qapağı yağ filtrində quraşdıra bilər yaxud mühərrikdə nəzərdə tutulmuşdur. Soyuq havada filtr üzərindən qatı yağı buraxa bilməz. Yağ kəsilmasinin qarşısını almaq məqsədilə yağ qızıncaya qədər onu filtrin yanından keçirən baypass qapağı açılır. Baypass qapağı filtrin çirklərlə dolu olduğu və üzərindən yağ buraxmadığı halda işləməyə başlayır. Baypass qapaqları müəyyən açılma təzyiqinə hesablanır, eyni mühərrikin müxtəlif modifikasiyalarda o ayrı ola bilər. Buna görə yağ filtri mühərrikin qabarit ölçülərə və yivlərə görə seçmək olmaz, təchizat istehsalçısının orijinal nömrələrindən (OEM) faydalanmaq lazımdır, (OEM) nömrəsini müəyyən etmək mümkün olmadığı halda mühərrikin modeli, filtrin qabarit parametrləri qapaqların sayı və açılma təzyiqini göstərən master kataloqundan faydalanmaq lazımdır. Dizel mühərrikdə adətən tam konveyer yaxud qarışıq (tam konveyer + baypas sxemi) yağ təmizləmə sxemi istifadə olunur. Tam konveyer sistemi ilə mühərrikdə bütün yağ bir (əsas) filtr üzərindən keçir. Bununla 20 mikron ölçüsündə olan çirk zərrəcikləri filtrlənir. Qarışıq sistemdə yağın 90% əsas fitrdən keçir və yağın 10% filtr-baypass üzərindən keçir. Baypass filtri (baypass qapağı ilə qarışdırmayın) 5 mikron ölüçsündə zərrəcikləri tutur. Baypass sistemi ilə yağın təmizlənməsi mühərrikin ömrünü uzadır.
Doktor Stanly General Motors Corporation şirkətinin laboratoriyasında dizel mühərriklərini sınaqdan keçirərək ancaq tam konveyer filtri istifadə edildiyi halda mühərriklərin porşen halqaların köhnəlməsi daha çox və əlavə baypass filtri istifadə edildiyi halda 3-4 dəfə az olur. Porşen halqaların köhnələşməsi: tam konveyer filtrlərdə 600 mgr, konveyer filtr + eninə yerləşdirilən filtrlənmə elementi ilə baypas filtri 150 mg təşkil edir.
Sınamalar nəticəsində 5 ilə 20 mikron arasında çirk zərrəcikləri mühərrikə daha çox zərər verdiyi göstərilmişdir.
Fleetguard şirkəti bu sistemləri nəzərdə tutulmamış mühərriklərdə quraşdırılması üçün bay-pass filtrlərin komplektləri (mühərrikin yağlı sisteminə qoşulmaq üçün başlıq və filtr) istehsal edir. Müasir dizel mühərriklərində birləşdirilmiş filtrlər istifadə olunur, yəni eyni gövdədə tam konveyer və baypass filtr yerləşdirilir.
Fleetguard şirkəti sellüloz filtrləri ilə yanaşı olaraq eyni mühərriklər üçün yaxşılaşdırılmış filtrləri istehsal edir. Yağ və filtrlərin dəyişmə intervallarını yaxşılaşdırmaq üçün yaxşılaşdırılmış filtrləri istifadə eləmək lazımdır. Fleetguard şirkəti Stratapore yeni filtrləmə materialı yaratdı. O mühərrikin daha yaxşı müdafiəsini təmin edən beş qatlara malikdir – bir sellüloz təbəqəsi, üç poliester və əlavə qoruyucu təbəqəsi. Stratapore filtrləmə mühiti çirkləndirici maddələri ənənəvi mühitlərdən iki dəfə effektli tutur. Bu material həm yağlı həm də yanacaq filtrlərin istehsalında istifadə olunur. Indiki zamanda Fleeguard şirkəti filtri Venturi (Macarıstan) firmasının texnologiyasını istifadə edərək icad etmişdir. Bu texnologiyası mühərrikin daimi təmizliyini təmin edən filtr üzərindən dolaşan yağın surətini artırmağa imkan verir. Bu incə filtrləməsi sayəsində filtrləmə effektivliyi və mühərrikin istismar müddəti artırır.