PARKER HANNIFIN

Parker Hannifin Korporasiyasi 1917 ci ildə Amerikada Artur Parker tərəfindən yaradılmışdır. 10 minə yaxın patentə malikdir. Parker Hannifin- (ana şirkət olaraq) sıxılmış yağ yəni hidravlika və havanın yəni pnevmatika təzyiq enerjisindən istifadə etməklə hərəkətə gətirilən sistemlərin və bu sistemləri qurmaq üçün lazım olan nasos, silindr, ventil, boru, xortum, fitinq və filtrlər kimi komponentlərdən ibarət paketin dünya üzrə ən böyük istehsalçısıdır. Aero texnologiyalar və avadanlıqlar, hava idarəedilməsi və quruducular, silindrlər, separatorlar, qaz generatorlarlı, klapanlar və sair geniş çeşiddə profillər üzrə fəaliyyət gostərir. Aeronavtika, İqlim nəzarəti, Elektromexanika, Filtrləmə, Transmissiya avadanlıqları, mayelər və qaz, Hidravlika, Pnevmatiklər, Texnoloji nəzarət, Portativ ölçü cihazı, Stasionar Ölçmə Aləti və sair Parker Hannifin korparasiyasinin istehsal istiqamətinə aiddir. Dunyada elə bir təyyarə və ya dünyada elə bir gəmi yoxdur ki, Parkerin ehtiyat hissəsi orda olmasın.